» » Cəlilabadda torpaq sürüşməsi

Cəlilabadda torpaq sürüşməsi baş verdi - Foto

Bölmə: Xəbər
Cəlilabadda torpaq sürüşməsi Son günlər cənub bölgəsində sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunur.

XALQİNFO.AZ ANS PRESS.COM-a istinadən bildirir ki, hətta Cəlilabad rayonunda torpaq qatının bir neçə gündur ki, tədricən genişlənməsi ərazidə uçqun riski yaradıb.

Ölkə ərazisinə düşən intensiv yağıntılar rayonda torpaq sürüşməsinə səbəb olub. Rayonun Türkelli kəndində təpəlik ərazidə baş verən torpaq sürüşməsi ətraf ərazidəki evləri də təhlükə altında qoyub.

Ərazidəki torpaq qatını yeraltı suların yuyub aparması sürüşmə zonasında daha da təhlükəli hal yaradıb. Kənd sakinləri bunun əhatəsinin daha da genişlənə biləcəyindən narahatdırlar.

Ərazidəki torpaq qatında hər gün 20-30 sm genişlənmə müşahidə olunur. Sakinlərin sözlərinə görə, sözügedən ərazi sürüşməyə meyilli ərazi olsa da, burada indiki qədər təhlükəli vəziyət yaranmayıb.

Cəlilabad rayon FHK- sədri Asif Əzizov bildirib ki, son günlər rayonun bir çox bölgələrində olduğu kimi Türkelli kəndində də sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə edilib. Qurum rəsmisi həmin ərazilərə yenidən baxış keçiriləcəyini və lazımı qabaqlayıcı tədbirlər görüləcəyini bildirdi.
Cəlilabadda torpaq sürüşməsi
Cəlilabadda torpaq sürüşməsi
Cəlilabadda torpaq sürüşməsi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler