Mərkəzi Bankdan açıqlama:Məhkəməyə müraciət edin!![]() Xalqinfo.az xəbər verir ki, AMB-dən fins.az-a bildirilib ki, ölkə qanunvericiliyində bu məsələ dəqiq göstərilməyib: «Bu məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddəni hər iki formada yozmaq mümkündür. Ona görə də, burada birmənalı olaraq demək mümkün deyil ki, kredit hansı məzənnə ilə qaytarılmalıdır». Bununla bağlı banklarla müşərilər arasındakı mübahisənin necə həll olunmasına gəlincə, AMB-dən müştərilərə məhkəməyə müraciət etməyi məsləhət görüblər. Burada bildirilib ki, məsələ yalnız məhkəmə tərəfindən aydınlaşdırıla bilər: «Ümumiyyətlə, ola bilər ki, bu məsələ Konstitusiya Məhkəməsi tərəfindən şərh edilsin». Qeyd edək ki, manatın məzənnəsinin kəskin ucuzlaşmasından sonra bank müştərilərini narahat edən məsələlərdən biri də vaxtilə dollarda götürülən kreditlərin hansı məzənnə ilə qaytarılmasıdır. Çünki bu bahalaşma nəticəsində dollarla ödənişlərin məbləği manat ifadəsində 34% artıb. Hazırda cəmiyyətdə bununla bağlı fikir ayrılıqları var. Banklar bildirir ki, krediti dollar və ya digər xarici valyuta ilə götürmüş vətəndaşlar ödənişləri ya dollar, ya da dolların bu günkü məzənnəsinə uyğun olaraq manatla həyata keçirməlidirlər. Bəzi hüquqşünaslar isə əksinə, bildirir ki, əksinə, kreditlər dolların o vaxtkı, məzənnəsinə əsasən qaytarılmalıdır. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|