İrəvan yenə özünü rüsvay etdiXalqinfo.az-ın məlumatına görə, o, bir daha yalana əl ataraq deyib ki, guya Ermənistan hələ 2009-cu ildə ilkin şərtlərsiz Türkiyə ilə əlaqənin qurulması prosesinə başladı. Bu, regionda sabitliyin möhkəmləndirilməsinə təsir göstərə bilərdi. Ancaq Türkiyə tərəfi bunu istəmədi. Türkiyə rəhbərliyinin elan etdiyi "qonşularla sıfır problemi" siyasəti yanlış ideologiyadır, bu, münasibətlərin yaxşılaşması imkanlarını heçə endirir. Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində heç nə etmək istəmir. Qarabağ münaqişəsinin açarı burada yaşayan xalqın əlindədir: "Dağlıq Qarabağ xalqı taleyini özü həll etməlidir." E.Şarmazanov "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması və qınanması məsələsində birləşməyin, Türkiyənin soyqırımın inkarı siyasətinə qarşı mübarizə tədbirlərinin görülməsinin zəruriliyindən danışıb: "Ermənistan parlamenti bu istiqamətdə ciddi addımların atılması üçün ilk təşəbbüs edib. Bütün fraksiyalar tərəfindən "Osmanlı Türkiyəsində 1914-1923-cü ildə yunanların və asuriyalıların soyqırımının qınanması haqqında" bəyanat layihəsinin hazırlanması sübut edir ki, biz vahid mübarizənin yeni mərhələsinə başlayacağıq." Mənbə ANS PRESS |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|