» » Ağsuda polis özünü güllələdi

Ağsuda polis özünü güllələdi

Bölmə: Xəbər, Kriminal, SÖHBƏT, MANŞET
Ağsuda polis özünü güllələdiAğsu rayonunda polis əməkdaşı intihar edib. Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin

Xalqinfo.az ANS PRESS və APA-ya istinadən verdiyi məlumata görə, xəbəri Ağsu Rayon Polis Şöbəsi təsdiqləyib.

Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.

Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən polis əməkdaşının xeyli miqdarda borcu olub. O, özünü öldürməzdən əvvəl məktub yazıb və iş yoldaşlarından həmin məktubu həyat yoldaşına çatdırmalarını xahiş edib.

İntihar edən polis əməkdaşı N.Tanrıverdiyevin iki qızı var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler