» » Sarkisyan “tupoy” dediyi Sarukyanla razılığa gəlir

Sarkisyan “tupoy” dediyi Sarukyanla razılığa gəlir

Bölmə: Xəbər
Sarkisyan “tupoy” dediyi Sarukyanla razılığa gəlir

Ermənistan prezidenti Serj Sarkisyanla ölkənin “Çiçəklənən Ermənistan” müxalif partiyasının lideri Qaqik Sarukyanın görüşməsi rəsmi şəkildə təsdiq edilib.

Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə bu ölkənin parlamentinin vitse-spikeri Ermine Naqdalyan Sərkisyan-Tsarukyan görüşü barədə danışıb.

Parlament rəsmisi deyib ki, görüşdə müvafiq razılaşmalar ələ edilib. Ermine Naqdalyan bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan rəqibi Qaqik Sarukyanla ölkədə yaranmış hazırkı siyasi situasiyanı müzakirə edib.

Xatırladaq ki, Serj Sərkisyan hakim Respublika Partiyasının şura iclasında çıxışı zamanı Qaqik Tsarukyanı siyasətdən başı çıxmayan “tupoy” kimi xarakterizə edib.

Bununla paralel olaraq ölkə başçısının fərmanı ilə müxalifət liderinin Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilməsi Ermənistanda siyasi gərginlik yaradıb. Qaqik Sarukyanın isə ölkə başçısına cavabı gecikməyib və o, Sərkisyanı bacarıqsızlıqda, səviyyəsizlikdə günahlandırıb.

Hakimiyyətlə müxalifət lideri arasında yaranan qarşıdurma Qaqik Sarukyanın və onun partiyasından olan bir neçə nəfərin deputat mandatını itirəcəklərini də gündəmə gətirib.

Onu da bildirək ki, 17 fevralda Qaqik Sarukyanın prezidentlə görüşündən sonra “Çiçəklənən Ermənistan” Partiyasının fevralın 18-nə olan mitinqi təxirə salınmışdı.

Rəqiblərin görüşü “Daşnaksütyun” Partiyasının təşəbbüsü ilə baş tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler