» » Millət vəkilindən “O səs Türkiyə” qalmaqalına reaksiya... -

Millət vəkilindən “O səs Türkiyə” qalmaqalına reaksiya... - Video

Bölmə: Xəbər
Millət vəkilindən “O səs Türkiyə” qalmaqalına reaksiya... -
Ölkə mətbuatında Türkiyənin TV8 telekanalında yayımlanan “O Səs Türkiyə” musiqi yarışmasının münsiflər heyətinin dünən qalib olan Elnur Hüseynovu və türkiyəli müğənni Ebru Gündeşi təbrik etməməyi ilə bağlı məlumat yer alıb.

Guya verilişdən sonra Demet Akalından başqa heç kəs pərdə arxasında onları ziyarət etməyib. Yarışmanın nəticələri açıqlanandan sonra isə Gökhan bərk əsəbiləşib və tez studiyanı tərk edib. Onun ardınca Hadisə və Mazhar&Özkan da Ebrunu təbrik etmədən verilişdən çıxıb.

Elnurun rəqibləri sosial şəbəkələrdə Ebru Gündeşin Azərbaycana tez-tez gəldiyi üçün Elnurla dost olduğunu, buna görə də onu qalib etdiyini yazıblar.

Hazırda Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva “O Səs Türkiyə” yarışmasının qalibi olan Elnur Hüseynovla bağlı yayılan məlumata aznews.az-da aydınlıq gətirib.

“O Səs Türkiyə”nin münsiflər heyətində təmsil olunan musiqiçilər Elnurun böyük istedada malik olduğunu hər zaman vurğulayıblar:

“Hesab edirəm ki, bu, böyük uğurdur. Dedi-qodu söhbətlərinə əhəmiyyət vermək istəmirəm. Ortada bir reallıq var və o reallıq isə bundan ibarətdir ki, bu günə kimi münsiflər heyətində təmsil olunanların hamısı Elnurun həmin yarışmanın ulduzu olduğunu deyiblər. Dünən isə münsiflər heyətinin üzvləri onu ayaqda alqışladılar. Bu artıq münasibətin görünən tərəfidir.

Yəni bunu görməmək mümkün deyil. Hesab edirəm ki, onun qələbə qazanması heç kimdə bir tərəddüd doğurmamalıdır. Bu günə kimi Elnura o yarışmanın qalibi kimi baxılırdı. Hətta vurğulanırdı ki, Elnur həmin yarışmanın daha yüksəkliyində dayanan bir istedaddır. Əgər o qalib olmasaydı, bu ədalətsizlik kimi görünə bilərdi. Biz bu uğurlara sadəcə sevinməliyik”, - deyə Qənirə Paşayeva vurğulayıb.

Millət vəkili Elnuru çox böyük məmnuniyyətlə İstanbulda dəstəklədiyini və onu təbrik etdiyini deyib.

“İnanıram ki, Elnur dünya səviyyəli bir musiqiçi olacaq. O, bizim istedadlı gəncimizdir. Elnur bu qələbəsiylə Azərbaycan mədəniyyətinin, musiqisinin adını çox böyük yüksəkliklərə qaldırdı. Türkiyədə 70 milyon insanın izlədiyi bir yarışmada qalib olmaq heç də asan məsələ deyil. Deməli, Elnur Türkiyə vətəndaşlarının könlünü fəth edə bilib”, - deyə Qənirə Paşayeva bildirib.MUSAVAT.COM



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler