» » Cavid Qurbanovun yeni iş yerində ilk kollegiya iclası...

Cavid Qurbanovun yeni iş yerində ilk kollegiya iclası...

Bölmə: Xəbər
Cavid Qurbanovun yeni iş yerində ilk kollegiya iclası...
Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kollegiya iclası keçirilir.

QSC-dən azvision.az-a verilən məlumata görə, iclasda nəqliyyat naziri Ziya Məmmədov da iştirak edir. Həmçinin “Azərbaycan Dəmir Yolları QSC-nin yeni təyin olunan sədri Cavid Qurbanovun yeni iş yerində təqdimatı keçirilir.

İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, Ziya Zəmmədovun yeni müavini Arif Əsgərov da iştirak edir.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri A.N.Əsgərovun Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edib.

Prezidentin sərəncamı ilə Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler