» » Cüdo çempionu olan xanım idmançımız oğurluq etdi

Cüdo çempionu olan xanım idmançımız oğurluq etdi

Bölmə: Xəbər, Kriminal
Cüdo çempionu olan xanım idmançımız oğurluq etdi

Bakıda mənzildən, həyətyanı sahələrdən oğurluq edən 3 nəfərdən ibarət dəstənin üzvləri həbs ediliblər.

Dəstə üzvlərindən biri - Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Şirinova ağır çəkidə cüdo üzrə Sumqayıt şəhər çempionudur.

Bakı Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsinin əməkdaşlarının birgə iştirakı ilə keçirilib.

İstintaqla müəyyən edilib ki, valideynlərindən inciyərək evdən çıxıb gedən Günay Şirinova metal satışı ilə məşğul olan Elvin və Elşən Məmmədov qardaşları ilə birgə yaşayıb. Onlar yanvarın 29-da Telnov küçəsi Tərlalə Əliyevanın mənzilinin açıq qapısından daxil olaraq soyğunçuluq əməli törətməkdə, ayrı-ayrı vətəndaşlara məxsus 3 velosipedi və digər əşyaları oğurlamaqda təqsirli bilinirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler