İlham Əliyevdən Vergilər Nazirliyi ilə bağlı vacib qərarBölmə: Xəbər
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin: Kollegiyanın sədri Azərbaycan Respublikasının vergilər naziri. Kollegiyanın üzvləri: Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini Azərbaycan Respublikası vergilər nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|