» » Ramil Usubov qəbul keçirəcək

Ramil Usubov qəbul keçirəcək

Bölmə: Xəbər
Ramil Usubov qəbul keçirəcəkDaxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən fevral ayının 28-də Şirvan şəhərində qəbul keçiriləcək. Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumata görə, vətəndaşların qəbulu zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla) boy ölçüsü 175 sm-dən yuxarı (qadınlar üçün 170 sm), düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli, yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük təcrübəsi olan, kompyüterdən istifadə etməyi bacaran şəxslər "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Qeyd edək ki, nazirin Şirvanda keçirəcəyi qəbulda Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı sakinləri də iştirak edəcək.
Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler