» » Özünə od vuran haqda nazirlikdən açıqlama

Özünə od vuran haqda nazirlikdən açıqlama

Bölmə: Xəbər
Özünə od vuran haqda nazirlikdən açıqlama
"Bakının "20 Yanvar" metro stansiyasının yaxınlığında özünü yandıran şəxs taksi sürücüsü deyil, qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür".

ans press xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov deyib.

"Özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır... Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır", - deyə nazirliyin rəsmisi bildirib.

N. Həsənov əlavə edib ki, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti normaldır.

Xatırladaq ki, bu gün Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov metronun "20 Yanvar" stansiyasının yaxınlığında üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler