» » Uşaqlara şad xəbər -

Uşaqlara şad xəbər - Yeni telekanal yaradılır

Bölmə: Xəbər, BLOK XƏBƏR
Uşaqlara şad xəbər -Bu kanal uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə təşkil olunacaq

Azərbaycanda yeni televiziya yaradılacaq.Xalqinfo.az Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı müddəa prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ında öz əksini tapıb.

Belə ki, uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə onlayn “Təhsil” televiziyasının yaradılacaq. Televiziyanın 2015-2016 illər ərzində yaradılması nəzərdə tutulub və bu işləri Təhsil Nazirliyi həyata keçiriləcək.

Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün marifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunlarının hazırlanması da nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler