» » Xüsusi əməliyyat:

Xüsusi əməliyyat: Cəbhədə hərbi sursatlar aşkarlanıb

Bölmə: Xəbər
Xüsusi əməliyyat:əmkir, Ağdam və Tərtər rayonlarinda partlamamış hərbi sursatlar (PHS) aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Tərtər rayon Polis İdarəsi tərəfindən yanvarın 2-də agentliyə məktubla müraciət edərək rayon ərazisində tapılan bir ədəd PHS-in götürülməsi xahiş olunub. Müraciətə əsasən, agentliyin mütəxəssisləri tərəfindən tapılan sursata texniki baxış keçirilib və məlum olub ki, tapılan sursat 1940-cı illərə qədər hərbidə istifadə olunan kiçik çaplı aviabombadır. Aviabomba təhlükəsizlik tədbirləri görülərək mərkəzi məhv etmə yerinə daşınıb və zərəsizləşdirilib.

Yanvarın 3-də Ağdam rayonu İcra Hakimiyyətinin verdiyi məlumata əsasən, rayonun Ayaq Qərvənd və Çıraqlı kəndləri düşmən ordusu tərəfindən atılan iriçaplı silahlardan atəşə məruz qalıb. Agentliyin mütəxəssisləri yuxarıda adıkeçən ərazilərdə dərhal əməliyyat tədbirləri keçirərək kənd sakinlərinin həyətyanı sahə və evlərinə düşən xeyli sayda OQ-9 tipli minaatan mərmilərin partlamış qəlpələrini aşkar ediblər.

Şəmkir şəhəri ərazisində yerləşən Quşçuluq fabriki kompleksində qazıntı işləri aparılarkən da PHS aşkar olunub. Rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, yanvarın 13-də ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkar olunan 3 ədəd PHS götürülərək Ağstafa rayonu, Saloğlu mərkəzi məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler