Mixail Qorbaçov Putini tənqid etdi![]() Xalqinfo.az xəbər verir ki, Qorbaçov Rusiya prezidenti Vladimir Putinin idarəçiliyi və Kremlin mühafizəkar kursu ilə bağlı tənqidi fikirlərini səsləndirib. O, qeyd edib ki, yeni “soyuq müharibə”nin bütün əlamətlərini görür. Qarşılıqlı etibarın faciəli şəkildə itdiyini deyən Qorbaçov hesab edir ki, yaranmış vəziyyətdə hamı zərər görə bilər. “Moskva Qərbə inanmır, Qərb Moskvaya inanmır. Bu dəhşətlidir” deyən siyasətçinin sözlərinə görə, Avropada yenidən böyük müharibənin başlayacağı barədə hətta düşünmək belə olmaz: “Belə bir müharibə nüvə müharibəsi ilə nəticələnəcək. Əgər kimsə bu gərgin atmosferdə əsəblərini cilovlaya bilməsə, ən yaxın illərə çıxmayacağıq”. Almaniyalı jurnalist siyasətçiyə Rusiyanın yeni hərbi doktrinası barədə sual verib. Qorbaçov hesab edir ki, NATO-nun Şərqə doğru genişlənməsi Helsinki Yekun Aktının pozulması deməkdir. O, həmçinin əlavə edib ki, NATO-nun Şərqə doğru genişlənməsi bütün Avropa ölkələri üçün “soyuq müharibə”nin keçmişdə qalacağını nəzərdə tutan Paris xartiyasından geri çəkilmə anlamına gəlir. “Rusiyanın təkliflərinə, xüsusən keçmiş prezident Dmitri Medvedevin təhlükəsizliyin yeni arxitekturasının yaradılması barədə çağırışlarına Qərb ədəbsizcəsinə əhəmiyyət vermədi. Nəticəsini isə biz indi müşahidə edirik”, - Qorbaçov deyib. Keçmiş prezident Putinin Rusiyanı dağılmaqdan xilas etdiyini, amma vaxtilə onun üçüncü dəfə prezident seçkilərinə getməsinə qarşı çıxdığını xatırladıb: “Rusiya demokratiya yolunun yalnız yarısını gedə bilib. İndi isə yolun ikinci yarısını qət etmək lazımdır. Amma təəssüf ki, Kreml mühafizəkar xətt yürüdür və mən bunu böyük səhv hesab edirəm. Mən bilmirəm ki, Putinin ağlında nə var. Amma demokratiyasız və ölkənin həyatında xalqın iştirakı olmadan biz uzaqa gedə bilməyəcəyik. Azad seçkilər və siyasi prosesdə insanların iştirakı lazımdır. Olmaz ki, hansısa qanunu səhər müzakirə etməyə başlasınlar, axşam onun qəbul etsinlər. Amma bu baş verir. Mən hesab edirəm ki, başqa cür düşünənlərin boğulması tamamilə yanlışdır. Məsələn, müxalifətçi blogger və siyasətçisi Aleksey Navalnı ev dustağıdır. Ona görə ki, o, ağzını açmağa cürət etdi. Hökumət və dövlət korporasiyalarındakı postları dostluq əlaqələrinə görə paylamaq olmaz. Amma bu bizdə baş verir”. Qorbaçov noyabr ayında Putinlə bağlı söylədiyi fikirləri yenidən söyləyib: “Mümkündür ki, Putin özünü hətta Allaha bərabər hesab edir. Amma əlbəttə ki, Putin Allah deyil”. Qorbaçov hesab edir ki, Sovet İttifaqı qalsaydı daha yaxşı olardı. Onun fikrincə, SSRİ-nin sürətlə dağılması Ukrayna münaqişəsinin dərin səbəblərindən biridir: “Yenidənqurmanın rəqibləri hakimiyyətə iddia etdilər, amma Sovet İttifaqını dağıtdılar. Və onlar islahatları zəiflətdilər. Məndən sonra hakimiyyətə gələn Boris Yelsin ölkə üçün şok terapiyasını “yazdı”. Rusiya bundan indiyə qədər əzab çəkir. Məndə islahatlar proqramı var idi. Sovet İttifaqı əsl ittifaq deyildi. Respublikalarda yalnız məhdudlaşdırılmış azadlıq və səlahiyyətlər var idi. Mən buna görə də islahatların aparıldığı ittifaq müqaviləsini hazırladım. Onun 20 avqust 1991-ci ildə imzalanması planlaşdırılmışdı”. SSRİ-nin keçmiş prezidenti NATO-nin Şərqə genişlənməsi, sonra isə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan NATO-nun Yuqoslaviyadakı vətəndaş müharibəsinə qarışmasının geosiyasi hadisələr üçün presedent olduğunu bildirib: “Bütün bunlar Rusiyanın cavab reaksiyasına gətirib çıxardı. Kreml baş verənlərə məhəl qoymaya bilməzdi”. Qorbaşov iddia edib ki, Almaniya Avropanın yenidən bölüşdürülməsində iştirak etmək istəyir: “Ukraynada dərhal barışıq elan etmək lazımdır. Sonra isə dağıdılmış regionların bərpası üzrə beynəlxalq proses başlanmalıdır. Almaniya artıq İkinci Dünya Müharibəsi zamanı öz təsir sahəsini Şərqə doğru genişləndirməyə çalışıb. Ona daha hansı dərs lazımdır? Putin 2007-ci il Münhen təhlükəsizlik konfransında aydın şəkildə göstərdi ki, Rusiya üçün “qırmızı xətlər” haradan keçir. Bildirdi ki, NATO-nun onun sərhədlərinə yaxınlaşması ilə razı deyil. Məndə belə bir təəssürat var ki, alman xalqı Putini daha yaxşı anladı, nəinki alman elitaları. Və Putindən qurtulmağa cəhd etmək lazım deyil. Bu, səhv olardı. Bu, son dərəcə mənasız olardı və son dərəcə təhlükəlidir. Putin səlahiyyətləri başa çatana kimi öz postunda qalmalıdır. Amma təəssüf ki, almanlarda bu məsələdə bir qədər başqa konsepsiya var. Onlar sanksiyaları rusların küçələrə çıxmasına və Putini devirməsinə qədər sərtləşdirmək niyyətindədirlər”./Publika.az/ |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|