» » Ermənistanın baş naziri rüşvətxorluqda ifşa edildi

Ermənistanın baş naziri rüşvətxorluqda ifşa edildi

Bölmə: Xəbər, Dünya, BLOK XƏBƏR, MANŞET
Ermənistanın baş naziri rüşvətxorluqda ifşa edildiErmənistan baş naziri Ovik Abramyanın dövlət pullarından istifadə edərək İspaniyanın ən iri qəzeti “El Mundo”ya rüşvət verməsi ortaya çıxıb.

Xalqinfo.az-ın məlumatına görə, erməni KİV-ləri 2014-cü ilin dekabr ayında “El Mundo”nun Ermənistana xüsusi əlavə həsr etməsinin sirrini açıb. Qəzetdə baş nazir Ovik Abramyanın, energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryanın, həmçinin bir sıra dövlət məmurlarının və iş adamlarının müsahibələri yer alıb.

Ermənistan mətbuatı aşkar edib ki, Ovik Abramayan bu xüsusi əlavəyə görə, qəzetə 30 min avro ödəyib. Bu işdə vasitəçi Ermənistan İnkişaf Agentliyinin baş direktoru Ruben Arutunyan olub.

“İndiki böhran şəraitində baş nazirin bu cür bədxərclik etməsi dəhşətdir. Heç bir şübhə yoxdur ki, baş nazir bu məbləği dövlət büdcəsindən ödəyib”, - deyə ermənicə yayımlanan Birinci İnformasiya portalı bildirir. Portalın məlumatına görə, Ovik Abramyanın qudası, iş adamı, müxalifətçi “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan da qəzetlərə rüşvət verməkdən çəkinmir. Bu yaxınlarda Rusiya “Nezavisimaya qazeta”sında çıxmış müsahibəsinə görə, Sarukyan 15 min dollar ödəyib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler