Din kurslarına hücum edildi

Bölmə: Xəbər, Dünya
Din kurslarına Yəməndə fəaliyyət göstərən Husilər hərəkatı bir sıra hücumlar həyata keçirib.

Xalqinfo.az-ın məlumatına görə, Husilər hərəkatı Yəməndə tanınan din xadimi şeyx İbrahim əl-Həziminin evinə bombalı hücum təşkil ediblər. Bundan başqa, Ərhab rayonunda kəndlərdən birindəki qəbilə üzvünün evinə basqın edərək 7 nəfəri qaçırıblar.

Təhlükəsizlik mənbələrindən bildirilib ki, Husilərin əl-Həziminin evinə hücum etməyinin səbəbi, şeyxin Yəməndə Müsəlman Qardaşlar Təşkilatının (İhvan) siyasi qolu olan İslah partiyasına dəstək olması olub.

7 nəfərin qaçırılmasında isə qeyri-qanuni din təhsili ilə məşğul olmaqları əsas göstərilir.

Bildirilir ki, Husilər Ərhabda “təkfirçi” olaraq qəbul etdikləri şəxslərə yardım edənləri qaçırıb, öndə gələn qəbilə liderlərinin evlərinə və Quran kurslarına hücum təşkil ediblər.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler