» » Tanınmış jurnalistin xalası qızını bıçaqladılar

Tanınmış jurnalistin xalası qızını bıçaqladılar

Bölmə: Xəbər
Tanınmış jurnalistin xalası qızını bıçaqladılarYanvarın 6-da Bakıda qadına qarşı cinayət törədilib.

Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon sakini, Şövkət Məmmədova küçəsində Gülbahar Hüseynova yaşadığı 6 saylı binanın blokuna daxil olarkən naməlum şəxsin hücumuna məruz qalıb. Soyğunçu qadına 3 bıçaq zərbəsi endirib və əl çantasını götürərək qaçıb.

Lent.az-ın yazarı, tanınmış jurnalist Vüsalə Məmmədova Gülbahar Hüseynovanın onun xalası qızı olduğunu bildirib. Onun sözlərinə görə, xalası qızı axşam işdən qayıdarkən metroda naməlum şəxs onun arxasınca düşüb və blokun qarşısında həmin şəxsin quldur olduğu məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler