Dilan Polatla əri azadlığa buraxıldı
25-06-2024, 14:40. Yerləşdirdi: Tural
Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomeni Dilan Polat, Engin Polat və Sezgin Polatın sərbəst mühakimə olunmalarına qərar verilib.
Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Bir neçə gün əvvəl isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.
Geri qayıt