DataLife Engine > Şou > Alla Puqaçovanın səhhəti pisləşdi

Alla Puqaçovanın səhhəti pisləşdi


11-08-2017, 16:22. Yerləşdirdi: sefa Alla Puqaçovanın səhhəti pisləşdi
Rusiyalı müğənni Alla Puqaçovanın səhhəti pisləşib.

Xalqinfo.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ifaçının yaxın dostu Aleksandr Buynov məlumat verib.

Onun sözlərinə görə, Alla Puqaçovanın “Şən uşaqlar” qrupunun solusti Pavel Slobodkinin dəfn mərasiminə qatılmasına səhhəti imkan verməyib.

Buynov Puqaçovanın səhhətində hansı problemin olduğunu açıqlamayıb.

Rusiyanın məşhur estrada ulduzu, xalq artisti Alla Puqaçova 1949-cu ildə Moskvada anadan olub.
Geri qayıt