DataLife Engine > Şou > Ermənistandan Azərbaycana -

Ermənistandan Azərbaycana -


17-04-2017, 14:47. Yerləşdirdi: sefa Ermənistandan Azərbaycana -
Avropa ölkələrinin rəsmi OGAE (Organisation générale des Amateurs de l'Eurovision) klubları Kiyevdə təşkil ediləcək 62-ci “Eurovision” mahnı yarışmasının iştirakçıları üçün səslərini verməyə davam edir.

“Xalqinfo”nun məlumatına görə, OAGE-nin Ermənistan üzrə klubu səsvermə nəticələrini açıqlayıb.

Onlar 12 ballıq sistemlə Azərbaycan təmsilçisi Dihaja 4 bal verib.

Ermənistanın səsvermə nəticələri:

Fransa- 12 bal

Belçika- 10 bal

İsveç - 8 bal

İtaliya- 7 bal

Portuqaliya– 6 bal

Bolqarıstan – 5 bal

Azərbaycan-4 bal

Kipr- 3 bal

Norveç- 2 bal

Gürcüstan – 1 bal

Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir.

2007-ci ildən yaranan təşkilatda səsvermələr rəsmi müsabiqədə olduğu kimi aparılır, hər ölkə bəyəndiyi 10 mahnını 1-8, 10 və 12 xalla mükafatlandırır. Qaydalara əsasən, hər ölkə öz mahnısına səs verə bilməz.


Geri qayıt