DataLife Engine > Şou > İlkin Həsəninin toyunun tarixi məlum oldu

İlkin Həsəninin toyunun tarixi məlum oldu


5-04-2017, 17:35. Yerləşdirdi: Leyla İlkin Həsəninin toyunun tarixi məlum oldu
Məşhur aparıcı-aktyor İlkin Həsəninin toyunun tarixi məlum olub.

Xalqinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ATV-nin simasının özəl günü bu ayın 25-də baş tutacaq.

Bakıdakı məşhur restoranların birində təşkil olunacaq məclisdə ictimai şəxslər, kino və şou dünyasının tanınmış simaları iştirak edəcək.

Artıq qonaqlara dəvətnamələr paylanılıb.

Qeyd edək ki, İlkin ATV-nin əməkdaşı olan Aysel xanımla evlənir. Cütlük ötən ilin aprel ayında nişanlanıb.

Leyla Həsənova

Geri qayıt