DataLife Engine > Şou > İslamı qəbul etdiyi deyilən aktrisa ABŞ-a qayıtmağa qorxur

İslamı qəbul etdiyi deyilən aktrisa ABŞ-a qayıtmağa qorxur


16-02-2017, 15:22. Yerləşdirdi: sefa İslamı qəbul etdiyi deyilən aktrisa ABŞ-a qayıtmağa qorxur
Türkiyədə səfərdə olan Hollivud ulduzu Lindsi Lohan ilginc açıqlamalar verib.

Xalqinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa dini inancı səbəbindən öz ölkəsinə, ABŞ-a geri dönməkdən qorxduğunu bildirib.

Daha öncə "Qurani-Kərim"lə görüntülənən ulduz islamla bağlı fikirlərini bölüşüb:

"Bir müddət müqəddəs kitab "Qurani-Kərim"i araşdırdım. Təsəllini onda tapdım. İslam çox gözəl bir dindir. Mən mənəviyyata çox önəm verən biriyəm. Fərqli dinlər hər zaman məni cəlb edib".

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın müsəlman ölkələrindən gələn miqrantlara qarşı sərt qanunu bir çox məşhurun etirazına səbəb olub.

Leyla Həsənova
Geri qayıt