Rusiyalı müğənni ərinə xəyanət edir -
31-01-2017, 15:53. Yerləşdirdi: sefa
“А-studio”nun 30 yaşlı solisti Keti Topuriya ərinə xəyanət edir.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Quf ləqəbli reper Aleksey Dolmatovla eşq yaşayır.
Hətta, onlar Taylanda istirahətə yollanıblar. Cütlük villada qalaraq istirahət ediblər.
Lakin, Rusiya KİV-i Keti və Quf cütlüyünü bir arada görüntüləyə bilib. Məlum olub ki, 37 yaşlı reperlə Topuriya ötən ilin mart ayında “А-studio”nun klip çəkilişində tanış olublar. O gündən sonra sevgili olmağa başlayıblar.
Xatırladaq ki, müğənni iş adamı Lev Qeyxmanla evlidir. O, 2013-cü ildə ailə həyatı qurub, 2015-ci ildə isə Oliviya adlı qız övladı dünyaya gətirib.
Lev işiylə bağlı bir müddətdir ki, ABŞ-da yaşayır.
***
Keti Topuriya mövzu ilə bağlı açıqlama yayıb. Müğənni deyib ki, ərinə heç vaxt xəyanət etməyib:
"Ərimlə boşanmamışam, münasibətimiz davam edir. Qufla çox yaxın dostluq münasibətlərimiz var. Şəkillərdəki xanım mən deyiləm".
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az
Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru
Geri qayıt