Bu gün Mervenin toyudurBölmə: Şou
76-cı Kann Film Festivalında “Kuru otlar üstüne” filminə görə “Qızıl Palma” mükafatını qazanan Merve Dizdar 10 aydır eşq yaşadığı Cihan Aygerlə evlənməyə qərar verib. Xalqinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün aktrisanın toyudur. Mərasimə məşhur cütlüyün ailələri və yaxın dostlarının qatılacağı bildirilir. Xatırladaq ki, Merve Dizdar 3 il əvvəl həmkarı Gürhan Altundaşardan boşanıb. Qeyd edək ki, Merve “Kavak yelleri”, “Doksanlar”, “Kertenkele”, “Vatanım sensin”, “Kırmızı oda”, “Masumlar apartmanı” və “Ömer” seriallarında rol alıb. |
|