"Bizim şou-biznesdə özünə ləkə yaxmağı da reklam hesab edirlər"Bölmə: Şou
Tarix Əliyev od püskürübXalqinfo.az gecce.az-a istinadən xəbər verir ki, prodüser "şantaj olunuruq" deyən şou əhlinin bütün paxırlarını açıb-töküb. O deyir ki, əslində bütün bunlar qurmadır. Və heç şübhəsiz, bu addım süni reklamdan başqa bir şey deyil. "İstər müğənni olsun, istərsə də aparıcı - heç biri şantaj qurbanı olmur. Olsa da, əmin olun ki, öz istəyi ilə olur. Gizli çəkiliş çox nadir hallarda baş verir. Poza verirlər, sonra deyirlər ki, xəbərimiz olmayıb. Çəkiliş zamanı o şəxs görüb müdaxilə edə bilər. Bizim şou-biznesdə özünə ləkə yaxmağı da reklam hesab edirlər. Düşünmürlər ki, bu addımla gözdən düşə bilərlər". Bu yaxınlarda Rəqsanə İnstagram-dakı hesabında şəxsi şəkillərinin kimlərinsə əlinə keçdiyini demişdi. Tarix Əliyevin bu məsələyə özünəxas bir yanaşması olub. "Rəqsanə yazdı ki, mənim belə bir şəklim var. Yayılsa, sizi məhkəməyə verəcəm. Lap “Qarğa, məndə qoz var” məsələsinə dönüb. Həmin şəkillər ortaya çıxmamış sən gedib şikayət edə bilərsən. Bu, yalnız medianın diqqətini çəkməkdir". Tolik son zamanlar yalandan yayılan ölüm xəbərlərini də qınayıb. |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|