“Bu nə gündədir ki, metro ilə gedir?” - Nazpəriyə dəstəkBölmə: Şou
![]() ARB TV-nin “Səhər-Səhər” proqramının qonağı müğənni Manaf Ağayev olub. Axşam.az xəbər verir ki, o, Xalq artisti Nazpəri Dostəliyevanın “Sənətçi metroya minməz” sözlərinə dəstək olduğunu deyib: “Nazpəri xanıma böyük hörmətim var. Sözünü demiş sənətkardır. Bu yaxınlarda cüzi bir söz demişdi. Sonra da mənim metroda çəkilən şəklimi qoymuşdular. Həmin şəkil köhnədir, qışda çəkilib. Mən bu barədə Nazpəri xanımla telefonla danışdım. Birincisi Nazpəri xanım o sözü başqa mənada deməyib. Lap tutaq ki, başqa mənada deyir. Bəlkə, səhv deyir?! Hansı makiyajla, hansı geyimlə gedib metroya minəcəksiz? Deməzlər ki, bu nə gündədir ki, metro ilə gedir. Heç olmasa taksi ilə get”. Qeyd edək ki, N.Dostəliyeva “Metro, avtobus sənət adamları üçün deyil. Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar” deyə, bildirmişdi. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|