» » "Elnurdan sonra anladılar ki, Azərbaycanda sənət var"

"Elnurdan sonra anladılar ki, Azərbaycanda sənət var"

Bölmə: Şou
"Elnurdan sonra anladılar ki, Azərbaycanda sənət var"Ötən gün ATV-də yayımlanan “Gündəlik” verilişində “O səs Türkiyə”yə qatılaraq hər kəsi ayağa qaldıran müğənni Elnur Hüseynovun çıxışı müzakirə olunub.

Xalqinfo.az axsam.az-a istinadən xəbər verir ki, aparıcı Mətanət Əliverdiyeva məsələyə münasibət bildirib:

“Elnurun səsi bizə bəlli idi. Bizim üçün “vau” deyəcək bir şey yox idi, türklər şişirtdilər. Düzdür, Elnur bizim fəxrimizdir. O, türklər üçün böyük səs idi. Biz onu 2008-ci ildə “Eurovision”da eşitdik, bacarığını gördük. 2008-ci ildən biz onun səsinin haraya çatdığına bələd idik. Yəqin, türklər “Eurovision”a baxmırdılar, xəbərləri olmayıb. Sevinirəm ki, türkləri şoka saldıq”.

Verilişin qonaqlarından olan müğənni Elnur Məmmədov isə sevincini belə ifadə edib:
“Bu günə kimi “O səs Türkiyə”yə bir çox azərbaycanlı ifaçı çıxıb. Amma hamısı elə-belə oxuyurdu. Elnurdan sonra onlar anladılar ki, Azərbaycanda sənət var. Bizim sənətimiz elə-belə deyil”.

Qeyd edək ki, “O səs Türkiyə”yə qatılan Elnur Hüseynov münsiflərdən Ebru Gündeşi seçərək, yarışmaya onun komandasında davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler