» » Elza şeir müsabiqəsində münsif oldu - Aləm qarışdı

Elza şeir müsabiqəsində münsif oldu - Aləm qarışdı

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Elza şeir müsabiqəsində münsif oldu - Aləm qarışdı
ARB telekanalında "Xalqın şairi" adlanan yeni layihəyə başlanılır.

“Xalqinfo”nun axşam.az-a istinadən məlumatına görə, artıq verilişin seçim turları start götürüb. Müsabiqədə şairlik istedadı, şeir, sənət və bədii qiraət bacarığı olan iştirakçılar yarışacaqlar.

Müsabiqənin münsiflər heyətinin adları da bəllidir. Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış şair Qulu Ağsəs, əməkdar incəsənət xadimi, aşıq Əhliman Rəhimov münsif kürsüsündə əyləşəcəklər.

Müsabiqə ilə bağlı ən təəccüb doğuran məqam isə münsiflər arasında əməkdar artist Elza Seyidcahanın adının olmasıdır. Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçi bu dəfə özü "qiymət" verəcək.

E.Seyidcahanın şeir müsabiqəsində münsif olması sosial şəbəkədə günün ən çox müzakirə olunan mövzusuna çevrilib. İnsanlar telekanalın atdığı bu addımı tənqid edir, Elzanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler