“Niyə özümü gözdən salmalıyam?” - ÜzeyirBölmə: Şou
Üzeyir Mehdizadə “Şou məkan” verilişinə maraqlı açıqlamalar verib. “Xalqinfo” xəbər verir ki, müğənni onu tənqid edənlər haqda danışıb. Mehdizadə özünü şou-biznesdə görmədiyini söyləyib: “Biz tamaşaçıların zövqünü oxşamalıyıq, tamaşaçıların istəyini nəzərə almalıyıq. Biz ən çox alqışı sevirik. Bəzi müğənnilər məni bəyənmir, bəyənməsinlər. Ancaq bizdə səhv görürlərsə və ya tamaşaçıların üzərinə atırlarsa, günahı tamaşaçılarda görməsinlər. Günah onların özündədir ki, onlar tamaşaçıların qəlbinə yol tapa bilmirlər. İzləyici özü bilir kimi sevir, kimə qulaq asır. Tamaşaçı həmin tamaşaçıdır ki, hər növ musiqiyə qulaq asır. Musiqi zövqünü ölçən bir cihaz yoxdur. Şou çox gözəl bir şeydir. Şounu bacarmaq asan məsələ deyil. Mən hələ şou göstərməmişəm, mahnı oxuyuram. Bu gün hamı şou ilə məşğul olmağa can atır. Həqiqətən, əziyyət çəkənlər də var. Şəxsən mənə qarşı tənqidlər olmurdu. Orda tənqidlər mahnılara qarşı idi. Maraqlısı budur ki, heç bir tənqidin açıqlaması olmadı.Tənqid açıqlaması ilə olar. Ona görə bu günə qədər hansı verilişdə olmuşamsa, onları özümə tənqid hesab etməmişəm. Çünki açıqlama verməyiblər. Dostlarım da yazır. Öz aramızda məni tənqid edənlər olub. Onların nəyin səhv olduğunu açıqlayıblar. Tənqid bu cür olur”. Müğənni onu tənqid edənlərin sadəcə pislik etmək istədiklərini dilə gətirib: “Mən yaxşı, real, düzgün məsləhətlərə qulaq asıram. Bir adam ki, məni tənqid edir və açıqlaması yoxdur, özü də bilmir nəyi tənqid edir. Onun danışığından bəllidir ki, mənim pisliyimi istəyir. O adamın məqsədi odur ki, məni kimlərinsə gözündən salsın. O, məni gözdən salmağa çalışırsa, mən niyə özümü gözdən salmalıyam?" |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|