» » "Maşın şou"dakı bu iştirakçılar realda küsülüdürlər

"Maşın şou"dakı bu iştirakçılar realda küsülüdürlər

Bölmə: Şou
"Maşın şou"dakı bu iştirakçılar realda küsülüdürlər
Artıq bir neçə gündür ki, "Maşın" realiti-şousu yayıma başlayıb.

Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, şouda bir çox maraqlı və gərgin anlar yaşanır. Diqqət çəkən məqamlardan biri isə küsülü məşhurların bu şouda üz-üzə gətirilməsidir.

Belə ki, "Maşın"da yarışmacı olan Fərda Xudaverdiyev və İslam Mehrəliyev Azər Zahidlə küsülüdürlər. Onlar arasındakı gərginlik oyun boyunca da hiss olunur. Aktyorlarla aparıcı arasındakı küsülülüyə "Yanlış anlama" filmi səbəb olmuşdu. A.Zahid türkiyəli rejissorların lentə aldığı filmin ideyasının ona aid olduğunu bildirmiş, onları oğurluqda günahlandırmışdı. Aparıcı ekran işində çəkilmək üçün İslam və Fərdaya müraciət etdiyini də demişdi. Azər aktyorların onu aldadan rejissorlarla iş birliyinə əsəbiləşmiş və onlardan incimişdi.

Şouda küsülü olan digər şəxslər isə prodüser Tarix Əliyevlə (Tolik) rəqqasə Oksana Rəsulova idi. Hətta Oksana açıqlamalarının birində keçmiş rəfiqəsi, müğənni Natavan Həbibidən küsmə səbəbinin onun prodüserlə barışması olduğunu demişdi. Maraqlısı odur ki, Toliklə Oksana yarışma boyunca yan-yana dayanır.

Küsülü olan digər iştirakçılar isə aparıcı Sərxan Kərəmoğlu vəTolikdir. Onlar sosial şəbəkədə bir-birinə tez-tez söz atır, ünvanlarına tənqidlər yazırdı.

Toliklə müğənni Təranə Qumral arasında da qalmaqal yaşanmışdı. Təranənin sosial şəbəkədə alça fotosu paylaşmasını Tolik tənqid etmişdi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler