» » Elariz şeiri ilə Elzanı geridə qoydu: “Həsrət qalmışıq, bəlkə basasan...”

Elariz şeiri ilə Elzanı geridə qoydu: “Həsrət qalmışıq, bəlkə basasan...”

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Elariz şeiri ilə Elzanı geridə qoydu: “Həsrət qalmışıq, bəlkə basasan...”
Tanınmış ifaçı Elariz Məmmədoğlu həmkarı, Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahana şeir həsr edib.

Xalqinfo.az xəbər verir ki, özünəməxsus şeirləri ilə pərəstişkarlarını təəccübləndirməyi sevən Elzanı bu dəfə yaxın dostu və həmkarı vəsf edib. E.Məmmdoğlu dostuna həsr etdiyi şeiri sosial şəbəkədə paylaşıb.

Gözəllər gözəli Elza
Sənə həsrət qalıb şəhri-penza,
Oxusam sənə helelyoza
Sözlərini yoza-yoza,
Vərəqləri yaza-yaza,
Qəbirləri qaza-qaza,
Su çiləyin torpağa toza.
Həsrət qalmışıq qoza,
Bu nə əda, bu nə poza?
Güllər içində roza
Təbii gözəl Elza.
Bəsdir özün qoydun naza,
Bəlkə basasan tormoza?
Vitamin ye, qlyukoza,
Canına bax, ay Elza
Gecələr yat, ay Elza
Sabahlar qalx, ay Elza
Şeirlər qoş tara, saza
Qoyma qalsın ayaza
Sətirlərin köhnə, taza
Fikir vermə bahar-yaza,
Gəl baş vuraq kür-araza
Göz vurarıq ördək-qaza,
Oturmarıq naza, kamaza,
Bir baxsana, mən tək baza
Şair odur yaza-poza,
Hərdən qulaq asa caza,
Özünə bax, ay Elza,
Sözünə bax, ay Elza,
Gözünə bax, ay Elza,
Üzümə bax, ay Elza.
Sən canımızsan, Elza
Başa bəlasan, Elza.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler