Tünzalədən mərhum ortağına yeni ithaf VİDEOBölmə: Şou
![]() Əməkdar artist Tünzalə Ağayeva bu ilin sonuna kimi konsert planlaşdırır. “Şoubiz” verlişinin məlumatına görə, duet ortağı Sura Əsgərlinin ölümündən sonra depressiyada olan müğənni Tünzalə Ağayeva hal-hazırda onun şeirlərinə mahnı yazmaqla məşğuldur. Yeni mahnılar üzərində çalışan əməkdar artist bütün bu mahnılarını tamaşaçılara eyni gündə bir məkanda təqdim etmək fikrindədir . “Mən əslində bu ilin əvvəlində konsert vermək istəyirdim. Amma “TRT Music” layihəsi ortaya çıxdı. Layihə bu sezon mütləq başlamalıydı və bunun üçün mən konserti təxirə saldım. İndi də konsert haqqında düşünürəm, amma yenə bir layihə var ki, mənə orada münsiflik təklif olunub. Amma düşünürəm ki, bu layihə başlayana qədər bir şeylər eləyəcəm. Layihə dekabrın sonunda reallaşacaq. Ona kimi mən konsertimi verəcəm”,- deyə müğənni qeyd etdi. |
XƏBƏR LENTİ
10.02.25 22:02 | Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
|