Azərbaycanlı aktrisa “striptiz” oynadıTürkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin maraqlı videosu yayılıb. Xalqinfo.az BAKU.WS-ə istinadla xəbər verir ki, videonu aktrisa “Instagram” səhifəsində paylaşıb. Nəsrin Cavadzadənin “Striptiz” rəqsi izləyiciləri tərəfindən bəyənilib. Aktrisa bu video ilə yeni oynayacağı səhnənin anonsunu verib. Bu tamaşa isə “Ucuz həyəcanlar” adlanır. Məlumat üçün bildirək ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçərək orada yaşamağa başlayıb. O, Mərmərə Universiteti Kino və Televiziya fakültəsinin məzunudur. 2007-də Türkiyənin ATV televiziyasının “Yersiz-yurdsuz” adlı serialında, Hüseyn Qarabəyin “Getmək: Mənim Marlon və Brandom” və Camal Şanın “Dilbərin səkkiz günü” adlı filmlərində rol alıb. 2014-cü ildə çəkildiyi “Quzu” adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb. Leyla Həsənova |
XƏBƏR LENTİ
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|