» » Şou-biznesin ən qalmaqallı müğənnisi necə gündəmdə qalmaq istəyir?

Şou-biznesin ən qalmaqallı müğənnisi necə gündəmdə qalmaq istəyir?

Bölmə: Şou
Şou-biznesin ən qalmaqallı müğənnisi necə gündəmdə qalmaq istəyir?


Aygün Kazımovanın adı müxtəlif olaylarda hallandırılır
Hazırda ölkəmizin şou-biznesində təmsil olunan şəxslər gündəmdə qalmaq üçün bir sıra üsullara əl atırlar: - kiməsə qarşı ittiham irəli sürmək, hansısa müğənniyə şər atmaq, qalmaqallı videogörüntülər. fotolar və s. Barəsində söhbət açmaq istədiyimiz Xalq artisti Aygün Kazımova da adı tez-tez müxtəlif qalmaqallarda hallandırılan, özü bu və ya digər ittihamların mərkəzində dayanan müğənnilərdəndir. Məsələn, bir neçə il öncə Aygün Kazımovanın qızı İlqarənin internetdə videogörüntüləri yayıldı. Xalq artisti bununla bağlı telekanallardan birində çıxış edərək, həmin kadrlarda qızı ilə bir otaqda olmuş gənclərin ünvanına təhqiramiz ifadələr işlətdi.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə adı video qalmaqalında hallanan Orxan Nəsirovun atası Daşqın Nəsirov müğənninin ittihamlarına səbrlə yanaşdı: "Bu söhbət məhkəməyə qədər uzanıb. Aygün Kazımova üç gün bundan öncə gecə saat 4-də SMS yazıb ki, "şou başladı". Özü şou axtarır, biz o səviyyədə şou axtaran adam deyilik. İstəmirik ki, kənddə beş-üç tanıyan adama özümüzü bu səviyyədə göstərək, mən xəcalət çəkirəm bu barədə söhbət etməyə, dövlətimiz güclüdür, harada nə lazımdır, gedib sözümüzü deyəcəyik, özümüzü də müdafiə edəcəyik!"

Hacı Daşqın Aygün Kazımovanın başqa məqsədlə qarşıdurma yaratdığını bildirdi: "Mən ağzımdan çıxan söhbətin yiyəsiyəm. Aygün Kazımova çox söz deyə bilər. Bu faktı məktəbdən də təsdiqləyə bilərlər. Onun yalandan "4 il bundan əvvəl olub" deməsi ilə deyil ki?! O vaxt uşağının 16-17 yaşında olmasını sübut etməyə çalışır".

Bu kampaniya Hacı Daşqınan da iddia etdiyi kimi, müğənninin və qızının xeyrinəydi.

Aygün Kazımovanın fəaliyyətini izlədikdə məlum olur ki, müğənni yalnız musiqiləri ilə deyil, özəl həyatındakı qəribəlikləri ilə də gündəmdə qalmağı sevir. Budur, Xalq artistilə bağlı ən son xəbərlərdə qeyd olunur ki, Aygün Kazımovanın bir müddətdir haqqında danışdığı yeni sevgilisinin kimliyi bəlli olub. Bu barədə bir sıra saytlar məlumat yayıblar: "Xəbərə əsasən, müğənninin yeni sevgilisinin adı Fikrətdir. Onun atası məmurdur və hazırda Almaniyada yaşayır. Xalq artistinin yeni eşqi özəl bizneslə məşğuldur. Cütlük İstanbulda tanış olub. Aygünün pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib.

Müğənni yeni "Mən sənə xəstəyəm" adlı mahnısını da sevdiyi şəxsə həsr edib. Bu bəstə onun həyatından bəhs edir. Mahnının adı da xalq artisti tərəfindən təsadüfən seçilməyib. Belə ki, Fikrətin A.Kazımova üçün ən çox işlətdiyi söz "Mən sənə xəstəyəm"dir.

Dünən Aygün Kazımovanın yaradıcılığı ilə yanaşı onu şou-biznesdəki digər fəaliyyətləri ilə də bağlı kiçik araşdırma apardıq. Təəssüf ki, "google" axtarış şəbəkəsində onun adıyla bağlı axtarış verəndə daha çox saytların "Aygün Kazımova çılpaq şəkilini paylaşdı" sərlövhəli xəbərlərə rast gəldik. "İctimai palatka adlı sayt yazır: "Xalq artisti" Aygün Kazımova özünün senzuradankənar şəkilləri ilə artıq internet izləyicilərini bezdirib. Artıq ahıl yaşına qədəm qoyan Aygün əvvəlcə ayaqlarını, yanlarını göstərərək ətrafına özünəoxşar fanatlar toplayırdısa, bu gün onun azarkeşləri qocalardır. Budur, artist soyunaraq kameralar önündə poza verib". Yaxud "Aygünün instagramda paylaşdığı son fotosunu sizə təqdim edirik". Xəbəri başqa bir xəbərdə isə oxuyuruq: "Aygün Kazımova Natavan Həbibinin çılpaq görüntülərini yaydı"

Göründüyü kimi, Aygün Kazımova başqalarının fotolarını da paylaşmaqla gündəmdə qalmağa can atan müğənnilərdəndir. Qeyd edək ki, müğənninin üzərində Azərbaycan bayrağı olan paltarı ilə ABŞ-da fotolar çəkdirməsi nədənsə müvafiq qurumların nəzərindən yayındı. Müğənni deyə bilər ki, ABŞ, İtaliya, Fransa vətəndaşları da öz ölkələrinin bayraqları olan paltarlarla fotolar çəkdirir, burada qeyri-adi nə var ki? Düzdür, avropalılar çəkdirirlər. Amma axı biz azərbaycanlıyıq!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler