» » Məşhurlar restoran açılışında -

Məşhurlar restoran açılışında - Fotolar

Bölmə: Şou
Məşhurlar restoran açılışında -

Bakının mərkəzində (Faiq Yusifov 156/60) “Masha Tea Lounge”un təntənəli açılışı baş tutub.

"Xalqinfo" xəbər verir ki, məkanın adının “Masha” (maşa) olması təsadüfü deyil. Qədim zamanlardan bu günümüzədək kömür üçün istifadə etdilən maşa, qəlyan və samovarla birlikdə “Masha Tea Lounge”un logosunda da əks olunub.

Siz Azərbaycanın müxtəlif reqionlarında xüsusi olaraq bu məkan üçün hazırlanan şirniyyatları, orqanik Lənkaran çayı ( birinci məhsul) ilə birlikdə dada bilərsiniz. “Masha Tea Lounge”da limon ağacından əldə olunan kömür ilə qəlyan çəkmək imkanınız da var.

Şəhriyar Əbilovun aparıcılığı ilə baş tutan məkan açılışına Azərbaycanın məşhur simaları Nura Suri, Yaşar Yusub, Nigar İbrahimova, Səma Rəsulova, DJ China, Pərviz Bülbülə və başqaları qatılıb.
Çinarə Məlikzadə və Ayla Şiriyevanın ifaları isə gecəyə xüsusi rəng qatıb.

Açılışa qatılan qonaqlar təbii tüstü dadlı əsl samovar çayı, yüksək keyfiyyətli xidmətdən razı qalıb. Məkanın minimal loft üslübunda tərtib edilmiş interyerini isə “Gemini” şirkəti ərsəyə gətirib. Şirkət haqda daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz (sılka).

Bu məkanda hər bazar səhəri muğam üçlüyünün müşayiəti ilə sizlərin xaş dadmaq imkanınız var. Yemək sizə zoğal və heyvadan hazırlanan samaqonla təklif edilir.

Muğam üçlüyü həmçinin çərşənbə günləri də burada çıxış edəcək.

Cümə və şənbə günləri isə “Masha Tea Lounge”a təşrif buyuran qonaqlar canlı musiqidən həzz alacaqlar.
Həmçinin qeyd edək ki, burada “Masha” adlı eksklüziv yemək seriyası mövcuddur. Onların hazırlanma qaydası sirr saxlanılır.

Siz əsl gəncə dovğası, ləzgi yeməyi olan çkanı, qutabların bütün növlərini, müxtəlif çay dəsgahını, məkan üçün xüsusi hazırlanan mürəbbələri “Masha Tea Lounge”da dada bilərsiniz.

Məkanın kollektivi hər bir qonağa xüsusi yanaşır. Bu isə onların yüksək peşəkarlığından xəbər verir.

Əlaqə nömrəsi: +99412 210 43 43 , 99470 217 43 43.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -
Məşhurlar restoran açılışında -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler