Elnarənin bu fotoları həyat yoldaşını özündən çıxardıBölmə: Şou
Müğənni Elnarə Xəlilovanın bu yaxınlarda hovuzda çəkdirdiyi fotosu ailəsində narazılıq yaradıb. Xalqinfo.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Onlar” verilişinə açıqlamasında deyib. Onun sözlərinə görə, şəkilləri sosial şəbəkədə paylaşdıqdan sonra həyat yoldaşı Rövşən Cahangirovun qınağına tuş gəlib: "Yoldaşım təbii ki, əsəbləşdi. Onun gücü mənə çatır. Heç kimi günahlandırmıram. Qəbahəti yenə də özümdə görürəm. Mən gərək hovuz kənarında başımın şəklini çəkdirməzdim. Söz verirəm. Bir daha olmayacaq”. Elnarə bu fotolara görə ona irad bildirənlərə ironiya ilə cavab verib: "Bilməzdim ki, şəkil belə rezonansa səbəb ola bilər. Heç təzə mahnı yazdıranda saytlar bunu işıqlandırmır. Məni peşman etdilər. O həddə çatdım ki, həmin fotonu İnstaqramdan silməyə məcbur oldum. Bu yaxınlarda ya dəniz kənarında, ya da hovuzda fotosessiya etdirəcəyəm. Bu dəfə kürk, palto geyinəcəm, başımı isə şalla bağlayacam. Görüm bu dəfə nə yazacaqlar”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|