» » Soso Pavliaşvili Bakıda -

Soso Pavliaşvili Bakıda - Yenilənib

Bölmə: Şou
Soso Pavliaşvili Bakıda -

Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvili bu gün Bakıda konsert verəcək.

Xalqinfo.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, Heydər Əliyev Sarayında reallaşan xeyriyyə məqsədli gecədə səhnəyə Soso ilə yanaşı müğənni Emin, Vaxtanq Kikabidze və “A-studio” qrupu da çıxacaq.

Tədbirdən əldə edilən gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.

Qeyd edək ki, S.Pavliaşvili qondarma "Dağlıq Qarabağ Respublikası"na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı.

O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının ölkə ərazisinə girişinə icazə verilib.

***

Artıq sənətçi gecə saatlarında Bakıya gəlib. Bu barədə Emin Ağalarov məlumat verib. Sənətçi sosial şəbəkədə video paylaşaraq "Bakıya gəldik, qonağımız Soso Pavliaşvilidir. Sarayda görüşərik"- deyə şərh bildirib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Soso Pavliaşvili Bakıda -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler