» » Fədayə Laçınla bir arada olacağıq-

Fədayə Laçınla bir arada olacağıq- Tacir Şahmalıoğlu (Foto)

Bölmə: Şou, SÖHBƏT, BLOK XƏBƏR
Fədayə Laçınla bir arada olacağıq-
Azərbaycanın tanınmış müğənnisi Tacir Şahmalıoğlu "Xalqinfo" -ya müsahibə verib.
Həmin müsahibəni sizlərə təqdim edirik.
"Qarabağ alınsa doğulduğum kəntdə 30-40 metr sürünəcəm"
Salam Tacir müəllim. Son vaxtlar mətbuatda məzi məlumatlar getdi.

Siz Fədayə Laçınla 6 il ərzində sənət yoldaşı olmusuz yoxsa aranızda sevgi də olub?

Bunlar hamısı yalandı.Fədayə mənim yerlimdi,dostumdu biz evli olmamışıq.Sonradan onu allatdılar məndən ayrıldı.

Bu ayrılıqdan kim nə itirdi?

Fədayə mənim kimi əjdahanı itirdi.Böyük işlər görəcəydik. Ney səsi kimi yüzlərlə mahnılar yaranacaqdı.Fədaya çox şey itirdi.

Fədayə xanımla iş birliyiniz nə qədər davam etdi?


6 il.Ancaq yenə deyirem kimlərsə onun beynin zəhərlədi.Nə deyə bilərəm .

Fədayə xanımın sizdən ayrılması sənətinizə mənfi təsir etdi?
Əlbətdə etdi,bizim səslərimiz çox uyğun gəlirdi. Biz ayrılmasaydıq çox işlər gorə bilərdik.Ancaq mən işimdəyəm Fədayə xanımdan sonra nə qədər mahnılarım yarandı.İtirən Fədayə oldu.
Tacir müəllim gənclərin muğama münasibəti necədir?

Mən hardasa 40 ildir bu sənətdəyəm. Səhnədə gəncin başa düşdüyü mahnıları oxuyuram, yaşlı nəsilin nümayəndələrinə də yaşlarına uyğun mahnılar oxuyuram.Mən bilirəm kimə hansı mahnını oxumaq lazımdır.Yalnış bir şey oxumuram.Sənətkar odur ki, oxuduğunu sata biləsən.
Yay fəslidir.İşləriniz necə gedir?

Yeni bir kaset üzərində çalışıram. Bu yay yaradıcılıqnan məşğul olacam.Bir aya kasetim işıq üzü görəcək.
Son vaxtlar tv-də tez-tez görsənirsinz. Toyların sayın artırmaq istəyirsiniz yoxsa sənət nümayiş etdirirsiniz?
Mənə o qədər zənglər gəlir ki, Tacir müəllim niye ekranlarda görsənmirsiniz. Xalq istəyir məndə çıxıram.Özümü niyə gizlətməliyəm? Çıxmayanda məni tənqid edirlər.Mən proqramlara çıxmasamda çörəyim var,şükür Allaha , Xalq məni dolandırır.
Qarabağ düşmən işğalından azad olunan gün Tacir Şahmalıoğlu nə edərdi?

Artıq 25-30 ildi ki, biz o günü gözləyirik. Qarabağ alınsın cıdır düzündə Qarabağ şikəsdəsin oxuyacam.
Birdə doğulduğum Ağdam rayonunun Sarıcalı kəndinə 30-40 metr sürünə-sürünə gedərəm.Rəhmətlik atamda bu sözləri deyə-deyə dünyasını dəyişdi( Tacir Şahmalıoğlu ağlayır bu məqamda)Allah qismət eləsin mən o torpaqlara qayıdaq atamın arzusun heç olmasa yerinə yetirim.Bir də ən əsası camaatımız öz yurdlarına qayıtsın.Bir məsələni də deyim bəzi insanlar gəlib burada gün görüb heç qarabağa qayıtmaq istəmir.Belə insanlara desəndə getməz.
Tacir Şahmalıoğlu özünü xoşbəxt hesab edir?

Bilirsiniz necədi mən sənət baxımından xoşbəxtəm Uca Allah mənə səs verim yaxşı sənətim var.Ancaq həyatda xoşbəxt deyiləm, dərindən nəfəs ala bilmirəm.Mən yurdsuz xoşbəxt ola bilmərəm.Allah qoysa Cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində doğma torpaqlarımıza qayıdacağıq.Ulu Öndər H.Əliyev siyasəti uğurla davam edir.Allah ona rəhmət eləsin.Biraz tarixdən xəbərim var.Bizim millətin qədim tarixi var.Erməninin torpağı olmayıb,bunu bütün dünya bilir ancaq nədənsə ədaləti sevmirlər.
Səfərbərlik elan olunsa Tacir Şahmalıoğlu döyüşə gedər?

İnanın səmimiyyətimə o günü gözləyirəm.Mənim borcumdu torpaq uğrunda döyüşmək.Şəhid olmuş qardaşlarımızdan artıq deyilik.
Sizin səsinizdən bəzi yerlərdə istifadə edirlər ancaq adınız deyilmir.Nəyə görə belə edirlər ?
Muğam müsabiqəsi mənim səsimən başlayır mənim səsimnən baa çatır, bir nəfər demir ki, bunu yaradan sənətkar kimdir belə münasibət olmaz.Mən bu məsələdən çox narazıyam.Elə adama ad verilib musiqimizi yerə vurur .
Tacir Şahmalıoğlu musiqi təhsilin harada alıb?

Üzeyir Hacıbəyov adına musiqi kollecini bitirmişəm.Çox çalışdım Milli Konservatoriyaya daxil ola bilmedim. Mənə nədənsə əngəl yaratdılar.İndi elə insanlar Konservatoriyada oxuyur adam dehşətə gəlir .Orada oxumaq ona lazım olmaya-olmaya oxuyur.Ancaq mənə lazımdır daxil olmağa nədənsə yol açılmadı.Oxumaq gec deyil indi də daxil ola bilsəm oxuyaram.
İndi harada çalışırsınız?

Mən 98-ci ildə Xanqızı restaranı vardı elə orada Fədaya xanımla birlikdə işləyirdik.6 il bu restaranda çalışmışıq.İndidə burada çalışıram 2014-cü ildir sadəcə indi adı dəyişib Əmirxan restaranı kimi fəaliyyət göstərir. Ailəvi restarandı çox gözəldir.

İndi Fədayə xanımla münasibətləriniz necədi?

Normaldı o, mənim tələbəmdi.Çox guman ki, Fədaya xanımı da dəvət edəcəm bura. Son vaxtlar görürəm peşmançılıq çəkir.Yenə Fədaya xanımla bir arada olacağıq. Yeni işlər görəcəyik.

Zamin Zeynal

Fədayə Laçınla bir arada olacağıq-
Fədayə Laçınla bir arada olacağıq-
Fədayə Laçınla bir arada olacağıq-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler