DataLife Engine > Sosial, Dünya > Müəllim ilə 8 milyon

Müəllim ilə 8 milyon


3-01-2015, 16:19. Yerləşdirdi: Kainat Müəllim ilə 8 milyonBu riyaziyyat müəllimi bir ildə 8 milyon dollar qazanıb. XALQİNFO.AZ ANS PRESS-ə istinadən bildirir ki, cənubi koreyalı müəllim bir il ərzində internet vasitəsilə dərslər keçib. 38 yaşlı Cha Kil-yonq dərsləri izah edərək misallah həll edir. Bu zaman çəkilən videoları isə internetə yükləyir.

Tələbə və şagirdlərin sevimlisi olan müəllim ölkəsində "riyaziyyat ulduzu" adlandırlır. İnternet dərslərdən milyonlar qazanan müəllim tək qayəsinin riyaziyyatı sevdirmək olduğunu deyir.

Cha dərslərinə rəng qatmaq və tələbələrin darıxmaması üçün fərqli üsullara əl atır. Belə ki, o kamera qarşısına müxtəlif geyimlərdə çıxır.

Müəllim riyaziyyatı sevdirmək üçün ötən il pop müğənnisi ilə birlikdə musiqili dərslər verməyə başlamışdı. Musiqi dərs internetdə izlənmə rekordları qırmışdı.

Geri qayıt