DataLife Engine > Sosial > Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyənləşdi

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyənləşdi


24-02-2023, 16:36. Yerləşdirdi: Tural Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyənləşdi



Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

Xalqinfo xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.


Dəyişikliyə əsasən, Məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun ödənişi gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Geri qayıt