DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət etdi

Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət etdi


30-01-2022, 11:35. Yerləşdirdi: Tural Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət etdi
“Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub”.

Xalqinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.

Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”, - nazirlikdən bildirilib.
Geri qayıt