DataLife Engine > Sosial, MANŞET > Azərbaycanda bir gündə COVID-19-a 156 nəfər yoluxub, 37 nəfər sağalıb

Azərbaycanda bir gündə COVID-19-a 156 nəfər yoluxub, 37 nəfər sağalıb


11-07-2021, 17:14. Yerləşdirdi: Tural Azərbaycanda bir gündə COVID-19-a 156 nəfər yoluxub, 37 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xalqinfo.az-a verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 337 254 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.

Ölkədə son sutka ərzində 10 144, hazırkı dövrədək isə 3 852 280 test aparılıb.
Geri qayıt