DataLife Engine > Sosial, BLOK XƏBƏR > Ucarda yol qəzası baş verib, 5 ölü, 2 yaralı var FOTO YENİLƏNİB

Ucarda yol qəzası baş verib, 5 ölü, 2 yaralı var FOTO YENİLƏNİB

9-07-2021, 09:23. Yerləşdirdi: Tural Ucarda yol qəzası baş verib, 5 ölü, 2 yaralı var FOTO YENİLƏNİB
Ucarda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, avtoqəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.

Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.

***

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşını toqquşub.

Yol qəzasının təfərrüatları araşdırılır.

Geri qayıt