DataLife Engine > Sosial, MARAQLI > Nazirliyin binası bayrağa büründü -

Nazirliyin binası bayrağa büründü -


9-11-2020, 14:00. Yerləşdirdi: Tural Nazirliyin binası bayrağa büründü -
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfərləri, möhtəşəm Şuşa Qələbəsi ölkəmizdə ümumxalq qalibiyyət ruhunu, bayram ovqatını dəfələrlə artırıb. Hər yer dövlət rəmzimiz olan Azərbaycan bayrağı ilə bəzədilib.

“Xalqinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının Azərbaycan bayrağı ilə bəzədilməsi də bu əlamətdar tarixi günlərdə xalqımızın Qələbə ruhuna uyğun gözəl, füsünkar bir görüntü yaradıb.

Paytaxtın mərkəzi hissəsində yerləşən binada qurulmuş və ümumən ərazinin simasına yeni bir gözəllik qatan bu mənzərə həm gündüz, həm gecə vaxtlarında şəhərin müxtəlif yerlərindən diqqəti cəlb edir.

Nazirliyin binası bayrağa büründü -
Nazirliyin binası bayrağa büründü -
Nazirliyin binası bayrağa büründü -
Geri qayıt