DataLife Engine > Sosial, SÖHBƏT > “Bu gün küçələrdə “İşim yoxdur”, “Dolana bilmirəm” deyən qaçqın yoxdur”

“Bu gün küçələrdə “İşim yoxdur”, “Dolana bilmirəm” deyən qaçqın yoxdur”


21-10-2017, 11:56. Yerləşdirdi: sefa “Bu gün küçələrdə “İşim yoxdur”, “Dolana bilmirəm” deyən qaçqın yoxdur”
Xalqinfo.az xəbər İnformasiya Agentliyinin bu dəfəki müsahibi Suraxanı rayonu, Mehdi Mehdiyev adına 280 nomrəli orta məktəbin təlim-tərbiyə şöbəsi üzrə direktor müavini Ağcayeva Rəhilə Fərhad qızıdır.

O 1981-ci ildə Gəncə Dövlət Pedaqoji Univesitetini bitirib. 1987-ci ildən təmsil etdiyi təhsil ocağında çalışır. 1990-cı ildən isə direktor müavini vəzivəsində çalışır. Riyaziyyat fənni üzrə şagirdləri bilik və elmə yiyələndirir.

- Rəhilə xanım istərdim ki, ilk öncə məktəbinizdəki ümimi vəziyyətdən söhbət açaq.

- Çox şükürlər olsun ki, məktəbin hər mənada vəziyyəti qənaətbəxşdir. Dövlətin qayğısı hər zaman məktəbimizin üzərindədir. İstər Prezident Administrasiyası, istər Təhsil Nazirliyi, istərsə də Təhsil İdarəsi hər zaman diqqət və qayğısını məktəbin üzərindən əsirgəmir. Məktəbimiz lazım olan invertarlarla, əyani texniki vəsaitlərlə təmin olunur. Əsaslı təmir aparılıb, sinif otaqlarında hər cürə şərait yaradılıb, istilik sistemimiz yaxşıdır, şagirdlərin təhsil və davamiyyəti, sinifdə olan təminat hər bir şey öz qaydasındadır.

- Şagirdlərin göstəriciləri necədir?

- Göstəricilər hər il demək olar ki yüksək səviyyədə olur. Keçən ilin yekununa görə, 37 şagird ali məktəbə qəbul olub. Onlardan 10 nəfəri 500-dən yuxarı bal toplayan məzunlardır. Ən yüksək bal toplayan məzunumuz 572 balla Azərbaycan Dövlət Tibb Universitenə daxil olub. 9-cu siniflərin nəticəsinə görə də keçən il yəni 2015-2016-cı tədris ili ilə müqayisədə yüz pillə irəliləyib.

- Bu gün Azərbaycan dövlət olaraq günü-gündən inkişaf edir. Bilirik ki, inkişaf edən ölkələr içərisində bu günki Azərbaycan mədəniyyətinin, təhsilinin əsasının qoyulmasında Ulu öndərimiz Heydər Əliyevin rolu böyükdür. Təhsilimizin və mədəniyyətimizin inkişafını necə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikasının milli yüksəlişi, milli tarixi ulu öndərin adı ilə bağlıdır. Onun hər iki dövrdə rəhbərliyi zamanı Azərbaycanın təhsili çox irəlilədi. Heydər Əliyevin idealarını da prezidentimiz layiqincə davam etdirir. Eyni zamanda birinci vitse prezidentimiz Mehriban xanım Əliyeva. Bütün məktəblərimizin təmir olunması, elmə, təhsilə verilən yüksək qiymət, müəllimlərimizin əmək haqqlarının artırılması – bütün bunlar məhz dövlətimizin qayğısıdır. Biz bunu görürük və yüksək qiymətləndiririk. Yeni iş yerlərinin açılması, məktəbə qəbulun elektron formada aparılması, müəllimlərim imtahanla işə qəbul olunması məhz elə qayğıdan irəli gəlir.

Bizim Vətənimizin də yaradıcısı, memarı ulu öndərimiz Heydər Əliyevdir. Onun uzaq görən siyasətinin işığı bir günəş kimi bizi, Azərbaycanı işıqlandırdı. Hər bir ziyalı vətəndaş bunu çox gözəl bilir. Biz indi hamımız bir yumruq kimi birləşərək Vətənimizin inkişafına öz töhvəmizi veririk. Bizim məktəbin kollektivi də bax bu ideyalarla, onun göstərdiyi yol ilə getməyi özünə borc bilir. Bunun hamısı isə bizim prezidentimizin, onun qoyduğu ənənələrin və onun yolunu belə uğurla davam etdirən İlham Əliyevin siyasətinin nəticəsidir. Bunlar hamısı bütöv bir xalqın qurtuluşudur. Biz də onun yolu ilə getməyi özümüzə şərəf bilirik. Həmçinin Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyeva. O, öz zərif çiyinlərində görün nə qədər ağır yük daşıyır. Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq bu çox çətin bir işdir. Bizim Muğamımızı, sazımızı artıq bütün dünya tanıyır, bilir. Bax bunlar hamısı Mehriban xanımın mədəniyyətimizə, xalqımıza göstərdiyi qayğısıdır.

- Son vaxtlar Azərbaycanda bu xarici qüvvələrin, Avropa Şurası dırnaqarası ədalətdən dəm vuranlar Azərbaycana qarşı aqresiv münasibət göstərib. Yəni onlar qətnamə qəbul edib ki, guya Azərbaycanda azadlıq yoxdur. 1 milyondan artıq qaçqınlarımızın hüquqlarının tapdanmasına göz yuman Avropa Şurası, beynəlxalq təşkilatlar nə dərəcədə düzgün mövqe sərgiləyirlər?

- Əlbətdəki düzgün deyil. Azərbaycanın 20%-dən çox ərazisi işğal altndadır, 1 milyondan çox qaçqını var. Bu qədər qaçqını yerləşdirmək, işlə təmin etmək, onların hamısına şəhərciylər salmaq dövlətin üzərindədir. Bu gün küçələrdə “İşim yoxdur”, “Dolana bilmirəm” deyən qaçqın yoxdur. Möhtərəm prezident ad günlərinə kimi onlarla birgə keçirir. Bütün bayramlarda qaçqınların yanında olur. Əgər bunu istər xarici, istər daxildə olan dırnaqarası qüvvələr ki var, gözü götürməyənlər bunu görmürlərsə onlara nə ad vermək olar? Əlbətdəki onların fikirləri düzgün deyil. Onlar xaricə işləyənlərdir. Dövlət siyasətinin əleyhinə gedənlər, ölkəni istəməyənlər, bizim çiçəklənən indiki dövrümüzü görmək istəməyənlərdir. Onlarda həqiqətən milli vətənpərvərlik olsa, özünü azərbaycanlı saysa heç vaxt xarici qüvvələrə satılmazlar. Düşünərlər ki, biz burada doğulmuşuq, böyümüşük, bizim evimizdir, bizim millətimizdir. Əgər bunu fikirləşmirlərsə o dediyiniz xalq cəbhəsimi, Əli Kərimlinin dəstəsimi. Mən hər zaman onlara demişəm nə istəyirsiniz? Ölkədə bir prezident olar ölkəni idarə edər. Biz 9 milyondan çox əhaliyik. Hamımız deməli deyilik ki, biz vəzifədə oturmalıyıq. Hər kəs öz işini idərə etməlidir.

- Azərbaycan təhsilinə İndiki təhsil islahatı ilə bağlı, bu son təhsil moderinin tətbiqi ilə bağlı fikirlərinizi öyrənək.

- Azərbaycan təhsilində irəliləyişlər göz qabağındadır. Yeni nazirimiz Mikayıl Cabbarov gələndən sonra ən yüksək islahatı diaqnostik qiymətləndirmə, Müəllimlərin əməyinin stimullaşdırılması oldu. Bu çox gözəldir. Hər bir müəllim hansı savada malik olduğunu bildi. Düzdür biz bunu heç bir valideynə, şagirdə elan etməsəkdə amma özümüz bildik ki, hansı səviyyədə təhsil gücünə malikiy. Bu il təhsil strategiyasına uyğun olaraq “keyfiyyət ili” elan edib. Çox bəyənildi. Əgər təhsildə keyfiyyət gözlənilirsə deməli Azərbaycan vətəndaşınında keyfiyyəti göz qabağında olacaq. Axı bizim işimiz təkcə təhsil vermək deyil, həmdə vətəndaş yetişdirməkdir. Əgər nazirimiz tələb edirsə ki “keyfiyyət ili” çərçivəsində iş görməliyik, aydın məsələdir ki, o ölkənin, xalqın gələcəyini düşünür.

- Bilirsiniz ki, ilk dəfə qadına seçki hüququnu 1918-ci ildə Azərbaycan dövləti verib. Qadına azadlıq ənənəsini hörmətli Mehriban xanım çox böyük məharətlə davam etdirir. Biz ziyalı xanım kimi bu barədə nə deyə bilərsiniz.

- Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun Vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva ölkənin birinci vitse prezidenti olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır, ictimai-siyasi xadimdir.

- Çox sağolun. Sizə uğurlar arzulayıram işinizdə. Gələcəkdə məktəbinizin səsi hər zaman yüksəklərdən gəlsin.

- Mən də minnətdarlığımı bildirirəm başda rəhbərliyiniz olmaqla bütün Xalqİnfo.az Xəbər Portalının idarə heyətinə.


Şəfa Rasimqızı
Geri qayıt