DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > “... Yaxşı ki, o televiziya indi yoxdur” - Əli Həsənov

“... Yaxşı ki, o televiziya indi yoxdur” - Əli Həsənov


6-10-2017, 13:56. Yerləşdirdi: sefa “... Yaxşı ki, o televiziya indi yoxdur” - Əli Həsənov
"Təsəvvür edin ki, bir televiziya rəhbəri milli- mənəvi dəyərin nə olduğunu bilmir. Yaxşı ki o televiziya indi yoxdur".

"Xalqinfo" xəbər verir ki, bu sözləri “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” konfransında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yekun çıxışında deyib.

O, bu tədbirin çox mühüm olduğunu qeyd edib: "Çünki dilin saflığının qorunması qarşımıza qoyulan məqsəd idi. Hesab edirəm ki, bugünkü müzakirə alındı. Başlanğıc müzakirə üçün bu yetərlidir. Bu məsələdə hər kəsin məsuliyyəti var. 3-5 aparıcını günahlandırmaq asan məsələdir. Bu mərhələyə çatana kimi onun keçdiyi yola diqqət edilməlidir. Niyə Azərbaycan televiziyasını gözəl aparıcı təmsil etməsin? Biz qonşu ölkələrin efirlərində belələrini görürük. Sadəcə gözəlliklə yanaşı intellekt məsələsi də əsas götürülməlidir. Süni reytinq arxasınca qaçmaq da bu məsələyə mənfi təsirini göstərib. Dərsliklər, orfoqrafiya lüğətləri yenidən nəşr edilməlidir.

Maarifləndirici televiziya akademiyaları özəl televiziyalarda da yaradılmalıdır. Bir televiziyanın rəhbəri Milli Teleradio Şurasının rəhbərinə məktub yazır ki, milli mənəvi dəyər nə deməkdisə onu izah edib qol çəkərək onlara göndərsin. Təsəvvür edin ki, bir televiziya rəhbəri milli- mənəvi dəyərin nə olduğunu bilmir. Yaxşı ki o televiziya indi yoxdur.

Biz bir neçə il türk seriallarının efirdə türk dilində verilməsinə qadağa qoyduq. Türk xalqlarının hər birinin öz dili var. Biz öz ədəbi dilimizi qoruyub saxlamalıyıq. Ona görə də türk filmlərini tərcüməylə verdik".
Geri qayıt