DataLife Engine > Sosial > Azərbaycanda restoranlara milli adlar veriləcək

Azərbaycanda restoranlara milli adlar veriləcək


20-10-2014, 20:35. Yerləşdirdi: Tural Azərbaycanda restoranlara milli adlar veriləcək
Gələn ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən restoranlara milli-etnik adların verilməsinə başlanacaq.

SalamNews-a bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov deyib.

AMKM rəhbəri Mərkəzin planlarından danışarkən bildirib ki, oktyabrın 31-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada Azərbaycan milli mətbəxi mövzusunda 300 nəfərlik auditoriya qarşısında mühazirələr oxunacaq.

T.Əmiraslanov onu da əlavə edib ki, noyabr ayının 19-27-də Moldovada onun yerli dildə çap olunmuş kitabının təqdimatı və Azərbaycan mətbəxi həftəsi keçiriləcək. Hazırda isə milli komanda Serbiyada baş tutacaq kulinariya çempionatına hazırlaşır. Eyni zamanda “Şah İsmayıl Xətai dövrü aşpazları” adlı kitab üzərində iş aparılır.
Geri qayıt