DataLife Engine > Sosial > Magistraturaya qəbul olanların sayı artıb

Magistraturaya qəbul olanların sayı artıb


7-07-2017, 12:25. Yerləşdirdi: sefa Magistraturaya qəbul olanların sayı artıb
Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb.

"Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov iyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “məzun günü”ndə deyib.

Nazirin sözlərinə görə, bu da ali təhsildə keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.

Tədbirdə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də çıxış edib.
Geri qayıt