DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > İşçilərlə bağlı mühüm qanun qəbul ediləcək - Nazir

İşçilərlə bağlı mühüm qanun qəbul ediləcək - Nazir


29-06-2017, 12:27. Yerləşdirdi: sefa İşçilərlə bağlı mühüm qanun qəbul ediləcək - Nazir
Ümid edirik ki, sabah Milli Məclisdə "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci və üçüncü oxunuşda qəbul olunacaq.

Xalqinfo.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qurumun Beynəlxalq Əmək Təşkilatı ilə "Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfətişliyi Xidmətinin rolu" mövzüsünda keçirdiyi tədbirdə deyib.

Nazirin sözlərinə görə, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə işçilər işdən çıxarılan zaman onlara 2 aylıq orta maaş həcmində kompensasiya verilməsi təsbit olunacaq: "İşçilərin ixtisarı zamanı məşğulluq orqanlarından alınan arayışla işəgötürən işçini 2 və 3 aylıq maaşla "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası qanunu əsasında təmin edəcək".

Səlim Müslümov qeyd edib ki, yeni şəraitdə qarşıya qoyulan vəzifələr baxımından Dövlət Əmək Müfətişliyinin potensialı artırılmalıdır: "Aparılan müzakirələr bu sahəyə müsbət təsir edəcək"
Geri qayıt