DataLife Engine > Sosial > Ucarda 4 bal gücündə zəlzələ olub

Ucarda 4 bal gücündə zəlzələ olub


19-06-2017, 11:25. Yerləşdirdi: Leyla Ucarda 4 bal gücündə zəlzələ olub
Ucarda zəlzələ olub.

Xalqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13-də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.

Leyla Həsənova
Geri qayıt